Xəbərlər
Kanal 12 efirində Sitayiş serialı
06.02.2016 04:00
3455

Serial Sitayiş adlı cavan bir qızın həyatından bəhs edir. Sitayişin qardaşı Məhəmməd müharibədə ölməkdən qorxduğu üçün, döyüş bölgəsini özbaşına tərk edib, qaçaq düşür. Hərbi prokurorluq tərəfindən axtarılan Məhəmməd ölkədən qaçmaq fikrinə düşür və sərhədi keçmək üçün dostu Tahirdən kömək istəyir.Sitayiş qardaşını Tahirin vasitəsilə ölkədən qaçaq yolla çıxması üçün sərhədə yola salır. Məhəmməd sərhədi keçərkən sərhədçilər tərəfindən öldürülür. Beləliklə Tahir həbs edilərək həbsxanaya düşür. Onun günahkar olmaması sübut edilərək azadlığa buraxılır. Tahir azadlığa çıxandan sonra Sitayişlə evlənmək qərarına gəlir. Lakin onun zəngin və Sitayiş kimilərini bəyənməyən atası buna razı olmur. Tahir atasının etirazına baxmayaraq Sitayişlə evlənir. Atası Tahirdən üz döndərir. Tahirlə Sitayişin Nazgül və Məhəmməd adlı 2 övladı dünyaya gəlir. Tahirin qardaşının həyat yoldaşı Ənis Tahirə paxıllıq edir. Belə ki, Ənisin 2 qızı var. Tahirin isə həm qızı, həm də oğlu var. Ənis öz qaynatasının varidatına Tahirin sahib çıxacağı gümanına düşür. Buna görə də onun maşınına narkotik qoyduraraq, həbs etdirmək istəyir. Serialı izləsəz digər macəralardan xəbərdar ola bilərsiz. Serial psixoloji, dramatik janrda çəkilib.

 
 
 
 
NAMAZ VAXTLARI
TARİX: 23.03.2017
Fəcr 03:23
Gün çıxır 05:11
Zöhr 12:43
Məğrib 20:31
Gecə yarısı 23:49
FREKANS
Peyk Türksat: -
Dərəcə 12345: -
Doğruluq 30000: -
Vertikal: -
HAVA
Bakı, Azərbaycan

Gündüz: 7oC
Gecə: 6oC
MƏZƏNNƏ