Xəbərlər
Xanımlar Xanımı Fatimə-Zəhra(s) günləri
24.02.2016 04:00
1070

Bu günlər Əziz İslam Peyğəmbəri Muhəmməd Mustafanın(s) əziz qızı Fatimə-Zəhranın(s) şəhadət günlərinə təsafüd edir. Bu münasibətlə bütün Əhli-Beyt dostlarına baş sağlığı veririk!

Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmiş ilk Əhli-beyt üzvü  Fatimədir. Rəvayətə görə, Peyğəmbər ölüm yatağında ikən Fatimənin (ə) üzüntüsünü görüncə, bu barədə Ona müjdə vermiş və tezliklə o biri dünyada görüşəcəklərini söyləmişdi. Atasının vəfatından sonra bu itkiyə dözə bilməyən Fatimə (ə) Həzrət Əlinin (ə) tikdiyi beytül-əhzan (hüzn, kədər evi) adlı otaqda vaxtını ağlamaqla keçirirdi. Peyğəmbərin vəsiyyətinə rəğmən Həzrət Əlinin (ə) hakimiyyətdən uzaqlaşdırılması, Peyğəmbər tərəfindən Əhli-beytə hədiyyə olaraq verilmiş Fədək bağının birinci xəlifənin  göstərişi ilə Əhli-beytdən alınması, eləcə də, Həzrət Fatimənin (ə) özünə qarşı edilmiş fiziki və mənəvi təzyiqlər Onun səhhətini pozmuşdu. Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicei 11-ci il cəmadiyül-əvvəl ayının 13-də və ya eyni ilin cəmadiyüs-sani ayının 3-də Mədinədə dünyasını dəyişdi. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) başçılığı altında məhdud saylı şəxslərin müşayiəti ilə gecəyarı naməlum yerdə torpağa tapşırılmışdır. 

 
 
 
 
NAMAZ VAXTLARI
TARİX: 21.02.2017
Fəcr 03:23
Gün çıxır 05:10
Zöhr 12:42
Məğrib 20:31
Gecə yarısı 23:49
FREKANS
Peyk Türksat: -
Dərəcə 12345: -
Doğruluq 30000: -
Vertikal: -
HAVA
Bakı, Azərbaycan

Gündüz: 1oC
Gecə: -1oC
MƏZƏNNƏ