kanal12.az

Masallıda Vətən müharibəsi əlillərinin övladlarının tibbi müayinəsi aparılıb

20-09-2024, 14:26 1 dəfə baxılıb

Masallıda Vətən müharibəsi əlillərinin övladlarının tibbi müayinəsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"nin birgə əməkdaşlığı ilə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsi uğurla davam edir.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları tibbi müayinədən keçirilir.

Bu dəfə layihə çərçivəsində Masallı rayonunda yaşayan Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib.

“Referans Masallı Tibb Mərkəzi”ndə uşaqlarda qanın ümumi analizi, USM (ultrasəs müayinəsi), EKQ, pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT