kanal12.az

“Yumşaq güc”ün rəmzi

6-03-2025, 09:26 10 dəfə baxılıb

 

     Heydər Əliyevin müəyyən etdiyi dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Dövlət siyasətində qadın hüquqlarının müdafiəsi və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi prioritet istiqamətlərdən biri olub. Prezident İlham Əliyev qadınların ictimai və siyasi həyatda rolunun artırılmasına xüsusi diqqət yetirir. Onlar üçün yaradılan imkanların genişləndirilməsi və hüquqlarının qorunması istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib.  2006-cı ildə qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınların ictimai-siyasi və iqtisadi həyatda kişilərlə bərabər hüquqlara malik olmasını hüquqi əsaslarla təmin edib. Bu qanun gender bərabərliyinin təmin olunması üçün dövlətin öhdəliklərini və mexanizmlərini müəyyənləşdirib.  2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun isə ailə daxilində və cəmiyyətdə qadınların müdafiəsini gücləndirib. Bu qanun zorakılığa qarşı mübarizəni hüquqi çərçivəyə salaraq qadınların hüquqlarının daha effektiv qorunmasına imkan yaradıb. Bu qanunların qəbul e dilməsi cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına təkan verib. Qadın və kişi arasındakı bərabərliyin hüquqi və sosial müstəvidə daha geniş şəkildə qəbul edilməsi bir çox köhnəlmiş stereotiplərin qırılmasına səbəb olub. Bu islahatlar Azərbaycan qadınının cəmiyyətdə daha aktiv rol oynamasına və onların dövlət idarəçiliyi, biznes və digər sahələrdə daha geniş təmsil olunmasına şərait yaradıb. Bu gün gender bərabərliyi siyasətinin davam etdirilməsi qadınların potensialının tam reallaşdırılması üçün mühüm amildir. Dövlət tərəfindən görülən tədbirlər Azərbaycan qadınının daha güclü, müstəqil və fəal olmasını təmin edir.

     Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz hərtərəfli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan qadınının nüfuzunu yüksəldir. Onun həyata keçirdiyi layihələr və xeyirxahlıq missiyası cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması üçün genişmiqyaslı işlər görür. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, təhsilin, səhiyyənin və sosial sahənin inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslər həyata keçirir. Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş təbliğ olunur.   Ölkənin “yumşaq güc” siyasətinin əsas daşıyıcılarından biri olan Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik tədbirləri təkcə ölkə daxilində deyil, həm də xaricdə bir sıra ölkələri və qitələri əhatə edir. Bu, Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə və dünya miqyasında daha çox dost qazanmasına imkan yaradır.  Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə bir çox sosial və humanitar layihələr reallaşdırılıb. Bu fəaliyyətlər təkcə milli maraqlara xidmət etmir, eyni zamanda, Azərbaycan qadınının mərhəmətini, xeyirxahlığını, yüksək əxlaqi və intellektual dəyərlərə malik olduğunu nümayiş etdirir.  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkənin sosial rifahına, mədəni və elmi inkişafına mühüm töhfələr verir. Bu fəaliyyət Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu göstərir və onların potensialının tam reallaşdırılması üçün geniş imkanlar açır.

     Azərbaycanda qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir: Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.     

     Azərbaycan dövləti qadınları hər zaman uca tutur, yüksək səviyyədə qiymətləndirir. Belə ki, 8 Mart-Beynəlxalq qadınlar günü ölkəmizdə hər il qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilir. Bu, dövlətimizin qadınlara verdiyi ən ali dəyərdir.

 

 Cavid Əmənov

Şirvan-Salyan Regional Məşğulluq filialı, Salyan rayon Xidmət şöbəsinin müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT