kanal12.az

Əl-Şəraa: Suriya hakimiyyəti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək

10-03-2025, 03:57 0 dəfə baxılıb

Əl-Şəraa: Suriya hakimiyyəti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək


Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

Bunu Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şəraa ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədilə yeni nifaq salmaq, vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - deyə əl-Şəraa teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Dəməşqdəki yeni administrasiyanın rəhbəri söz verib: "Suriya möhkəm qalacaq və biz heç bir xarici qüvvələrin və ya yerli tərəflərin onu xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcəyik".

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT