Müəllim: Tarixi unutmamaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur
Bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı hadisə Azərbaycan tarixinə silinməz faciə kimi həkk olunub. Xocalı sakinləri amansız hücuma məruz qalıb, yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib.
Bu sözləri açıqlamasında 128 nömrəli tam orta məktəbin rus dili müəllimi Aysel Musayeva söyləyib.
O bildirib ki, bu faciənin xatirəsi daim yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir: “Biz Xocalını unutmuruq və unutdurmuruq. Hər il məktəbimizdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır. Tariximizi dərindən öyrənmək və bu həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur”.
“Vətənpərvərlik təkcə tariximizi bilmək deyil, həm də ölkəmizin gələcəyinə sahib çıxmaqdır. Məhz buna görə Xocalı faciəsini anmaq, bu tarixi unutmamaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur”, - deyə A.Musayeva fikrini tamamlayıb.