kanal12.az

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı

27-04-2025, 21:09 11 dəfə baxılıb

24 aprel 2025-ci il tarixdə Saatlı Uşaq Gənclər-İdman Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin və YAP Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva və aparatın məsul əməkdaşı Ruhid Əzizov tədbirdə çıxış edərək qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra isə qaliblər Diplom və hədiyyələrlə təltif olunublar. Sonda xatirə şəkli çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT