kanal12.az

AAYDA: “Çağrı Mərkəzi”nə fevral ayı ərzində 804 zəng daxil olub

5-03-2025, 09:58 2 dəfə baxılıb

AAYDA: “Çağrı Mərkəzi”nə fevral ayı ərzində 804 zəng daxil olub


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin fevral ayı ərzində 804 zəng daxil olub.

Zəng edən vətəndaşların 295 nəfərinin müraciəti yerindəcə, 302 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 134 müraciət digər qurumlara yönləndirilib.

Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 73 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT