Müşavir: Ötən il KƏŞ-ə üzv ölkələr ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,8 milyard dollar olub
Azərbaycan ilə KƏŞ üzv ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 2023-cü ildə 1,8 milyard dollara olub.
Bu barədə Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışında Qətərin ticarət və sənaye nazirinin müşaviri Mohammed bin Salman Al Malki deyib.
O bildirib ki, KƏŞ ölkələri Azərbaycanla əlaqələrin inkişafında yeni səviyyəyə çata bilər: “Məqsəd Azərbaycanla KƏŞ ölkələri arasında əməkdaşlığı genişləndirməkdir. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün təşəbbüsləri dəstəkləyəcəyik”.