kanal12.az

Kinitoz - nəqliyyatda hərəkət zamanı yaranan xoşagəlməz hal

23-12-2023, 18:51 2 dəfə baxılıb

Kinitoz - nəqliyyatda hərəkət zamanı yaranan xoşagəlməz hal

Nəqliyyat, xüsusilə avtomobil ilə hərəkət edərkən özünü pis hiss edənlər olur, başgicəllənmə, ürəkbulanma kimi hallarla rastlaşır. Mütəxəssislərin dediyinə görə, həmin hallar əsasən azyaşlılarda rast gəlinir və kinitoz adlandırılır.

Həkim-terapevti İsmayıl Əfəndiyev deyib: “İnsan orqanizmində daxili qulağın labirintində yerləşən, başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən vestibulyar aparatda xüsusi kristallar var. Müəyyən xüsusi kristallar var ki, onlar hərəkətə gələrkən gözlə görünən vestibülyar aparatla beyinə verilən siqnallarda uyğunsuzluq yaranır və orqanizm düzgün məlumat almadığına görə, həmin əlamətlər baş verir. Belə olan halda orqanizm düzgün məlumat almadığına görə həmin əlamətlər özünü göstərir. Xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür. Gəmi ilə hərəkət edərkən bu zaman nəqliyyat vasitəsinin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Bunlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür”.

Xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür: “Qatarla hərəkət edərkən üzü hərəkət istiqaməti tərəfə oturmaq lazımdır, çünki başqa halda kinitozun əlamətləri daha ağır ola bilər. Avtomobildə və ya ictimai nəqliyyatda gedərkən kitab oxumaq, telefondan istifadə etmək məsləhət olunmur”,- deyə həkim-terapevt bildirib.

Mütəxəssisin dediyinə görə, bəzən yola çıxmazdan əvvəl xüsusi dərman preparatlarından və ya bəzi türkəçarələrdən də istifadə etmək olar: ”Hansısa turş bir qida - məsələn, limon və ya zəncəfil qəbul etmək, nanə tamı verən saqqız çeynəmək kinitozun əlamətlərini azaldır. Kinitoz əlamətləri olan uzaq səfərə gedərkən acqarına çıxmalı və qazlı su içməməlidir”.

Ekspertlərin fikrincə, bütün bu narahatlıqlar irsi də ola bilər. Buna baxmayaraq, nəqliyyatda hərəkət zamanı kitab oxumamaq, telefon və ya digər elektron vasitələrdən istifadə etməməklə müəyyən dərəcədə ürəkbulanmanın qarşısını almaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT