kanal12.az

Qum karxanasında kranla beton lövhə arasında qalan şəxsin ölməsi ilə bağlı prokurorluqda araşdırma aparılır

27-03-2024, 12:25 1 dəfə baxılıb

Qum karxanasında kranla beton lövhə arasında qalan şəxsin ölməsi ilə bağlı prokurorluqda araşdırma aparılır

Bakının Sabunçu rayonunda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb.

Baş Prokurorluğun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib ki, hadisə martın 26-da rayonun Nardaran kəndi ərazisindəki qum karxanasında qeydə alınıb. “1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, - deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT