kanal12.az

Sudanda üç xəbər telekanalının fəaliyyəti dayandırılıb

3-04-2024, 11:03 1 dəfə baxılıb

Sudanda üç xəbər telekanalının fəaliyyəti dayandırılıb

Sudan hökuməti xəbər yayımında peşəkar standartların və şəffaflığın olmadığını əsas gətirərək, “Al Arabiya News”, “Al Hadath TV” və “Sky News Arabia” telekanallarının ölkə daxilindəki fəaliyyətini dayandırıb.

“CTV News” saytına istinadla xəbər verir ki, informasiya naziri Qraham Abdel-Qadir həmin üç telekanalların fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib. O, qərarın Sudan vətəndaşlarının maraqlarını və dəyərlərini qorumaq üçün verildiyini vurğulayıb.

Martın 29-da “Sky News Arabia” telekanalı İŞİD qruplaşması üzvlərinin Sudan Silahlı Qüvvələri ilə birlikdə döyüşlərdə iştirak etdiyinə dair video-reportaj yayımlayıb. Bu məlumat Sudan hökuməti tərəfindən təkzib edilib, Xarici İşlər Nazirliyi isə onu “qeyri-peşəkar və qərəzli” adlandırıb.

Xatırladaq ki, 2023-cü il aprelindən Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin son hesabatına görə, münaqişə 6,3 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. Həmçinin toqquşmalar nəticəsində təxminən 13,9 min nəfərin öldüyü bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT