kanal12.az

Roma Papası Qəzzada atəşkəsin davamlı olmasını istədiyini bildirib

29-11-2023, 17:33 5 dəfə baxılıb

Roma Papası Qəzzada atəşkəsin davamlı olmasını istədiyini bildirib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Qəzzada əldə edilən mövcud atəşkəsin davamlı olmasına ümidvar olduğunu deyib.

Papa Fransisk müharibə ilə əlaqədar müqəddəs torpaqlarda və Ukraynada baş verənlərdən narahatlığını dilə gətirib. O, insanları Yaxın Şərqdə davam edən ciddi vəziyyətlə bağlı dua etməyə səsləyib, müharibədə günahsız insanların əzab çəkdiyini qeyd edib.

Pontifik davamlı sülhün əldə olunmasının vacibliyini bildirib. Girovların azad edilməsinin və lazımi humanitar yardımlara çıxışın təmin olunmasının əhəmiyyətini bir daha vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT