kanal12.az

“Oskar” mərasimini son dörd ildə rekord sayda insan izləyib

12-03-2024, 10:34 0 dəfə baxılıb

“Oskar” mərasimini son dörd ildə rekord sayda insan izləyib

Bazar günü axşam saatlarında keçirilən “Oskar”ın 96-cı mükafatlandırma mərasiminin yayımını son dörd ildə rekord sayda - 19,5 milyon insan izləyib.

Bu barədə bazar ertəsi “Variety” jurnalı məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ildə mərasimə baxış rəqəmləri ən aşağı rəqəm kimi tarixə düşüb. Həmin vaxt mükafatın təqdimat mərasimini 10,4 milyon insan izləyib. Jurnal bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir. 2022-ci ildə tamaşaçıların sayı 16,6 milyona, 2023-cü ildə isə 18,8 milyona yüksəlib.

“Oskar” mükafatları Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT