kanal12.az

Respublika Uşaq Klinik Xəstəxanasında 2 yaşlı şüuru qapalı şəkildə yerləşdirilən pasiyentə uğurlu yardım edilib

27-03-2024, 12:29 0 dəfə baxılıb

Respublika Uşaq Klinik Xəstəxanasında 2 yaşlı şüuru qapalı şəkildə yerləşdirilən pasiyentə uğurlu yardım edilib

2 yaşlı pasiyent (kişi cinsli) Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, bunun nəticəsində tənəffüs və ürəyin dayanması şikayəti ilə şüuru qapalı şəkildə yerləşdirilib.

Xəstəxanadanbildirilib ki, pasiyent ilkin olaraq uzman həkim-pediatr Lalə Nurməmmədova tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardiyo pulmonar resussitasiya) göstərilib.

Xəstə uğurlu canlandırma sonrasında həyata gözlərini yenidən açıb və profil üzrə müvafiq xəstəxanaya yerləşdirilib.

Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Uşaq təcili tibbi yardımın bölmə müdiri Zəminə Bəhrəmova, uzman həkim-pediatr Lalə Nurməmmədova və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT