kanal12.az

AQTA: Şamaxıda toy mərasimində zəhərlənmə hadisəsi ilə əlaqədar birgə araşdırmalara başlanılıb

17-07-2024, 11:28 0 dəfə baxılıb

AQTA: Şamaxıda toy mərasimində zəhərlənmə hadisəsi ilə əlaqədar birgə araşdırmalara başlanılıb

Şamaxıda toyda qeydə alınan kütləvi zəhərlənmə hadisəsinin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən   verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə keçirilən toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT