Gəncədə "ekoloji terrorçu" kimi tanınan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsnin rəisi Azər Quliyevə Nazirliyin Hüquq şöbəsinin rəisi Aynurə Kərimova havadarlıq edir.
Xəbər verdiyimiz kimi ölkəmizdə keçiriləcək mühüm tədbir olan "Cop 29" ərəfəsində Gəncə şəhərində ağaclar kütləvi surətdə məhv edilir, əvəzində ticarət obyektləri, avtodayanacaqlar, yaşayış binaları tikilir. Gəncə şəhər sakini Eldəniz Əbdürəhmanov Gəncə şəhərində məhv edilmiş yaşıllıqlar barədə videogörüntülər paylaşsa da, Gəncə Ekologiyanın rəisi Azər Quliyev tərəfindən bu günə kimi yaşıllıqların məhv edilməsi ilə bağlı heç bir qanuni tədbir görülməyib və ictimaiyyətə bu barədə ətraflı məlumat verilməyib. Azər Quliyevin yaşıllıqların məhvinə göz yumması, heç bir tədbir görməməsi onun bu barədə şəxsi marağından xəbər verir. Eldəniz Əbdürəhmanov redaksiyamıza ağacların məhv edilməsi ilə bağlı yeni videogörüntü göndərmiş və bildirmişdir ki, o, bu barədə dəfələrlə Ekologiyanın rəisi Azər Quliyevə məlumat versə də, Azər Quliyev onu hədələmiş, belə paylaşımlar edəcəyi təqdirdə onu tutduracağını bildirmişdir. Onun sözlərinə görə Azər Quliyev ona demişdir ki, "mənim arxamda Nazirliyin Hüquq şöbəsinin rəisi Aynurə Kərimova durur, məndən nə qədər şikayət etsəndə Aynurə Kərimova məni müdafiə edəcək, nazir Muxtar Babayevin məni cəzalandırmasına imkan verməyəcək. Mən Aynurə Kərimovaya həmişə bahalı pay və hədiyyə alıram, heç kim mənə heç nə edə bilməz". Qeyd edək ki, Gəncə şəhər sakini Eldəniz Abdurəhmanov dəfələrlə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə Azər Quliyevin qanunsuz əməlləri barədə şikayət etsə də, bu günə kimi Azər Quliyev barəsində heç bir tədbir görülməmişdir. Gəncə şəhərində yerləşən "Vis Palm" hotelin qarşısından 4 ədəd böyük ağac qanunsuz kəsilmiş, bundan başqa Gəncə şəhərində yerləşən Zərifə Əliyeva adına Göz xəstəxanasının qarşısından 25 ədəd ağac məhv edilərək ora betonlanmış, yerində avtodayanacaq salınmışdır. "Cop 29"un prezidenti, Ekologiya naziri Muxtar Babayevdən yaşıllıqların məhv edilməsinin səbəbi, Gəncə Ekologiya rəisi Azər Quliyev və Hüquq şöbəsinin rəisi Aynurə Kərimovanın qanunsuz əməlləri, Nazirlik tərəfindən görülmüş tədbirlərlə bağlı rəsmi açıqlama gözləyirik.