kanal12.az

FHN: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb

29-07-2024, 09:43 2 dəfə baxılıb

FHN: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin qüvvələri tərəfindən fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə daxil olan məlumatlar əsasında göstərilən yaşayış məntəqələrinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Bundan əlavə, Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə və Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumatlar əsasında nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT