kanal12.az

Moldovanın iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə saxlanılıb

1-08-2024, 09:26 0 dəfə baxılıb

Moldovanın iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə saxlanılıb

İyulun 31-də Moldovanın Cinayətkarlığa və Xüsusilə Mühüm İşlərə Qarşı Mübarizə üzrə Prokurorluğu (PCCOCS) ölkə parlamentində axtarışlar aparıb, iki nəfər dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Bu barədə PCCOCS-a istinadən xəbər verir.

Onlardan biri Moldovanın maraqlarına zərər vuran məlumatları səfirlik əməkdaşına ötürdükdən sonra dövlətə xəyanətdə şübhəli bilinir.

Daha bir məmur Moldovaya qarşı və şəxsi maraqları üçün hərəkətlərdə şübhəli bilinir. Prokurorluğun məlumatına görə, o, Moldova Respublikasının maraqlarına zidd istifadə üçün məlumat toplayaraq səfirlik əməkdaşı ilə əlaqə saxlayıb.

Hər iki məmur 72 saat müddətinə həbs edilib.

Qeyd edək ki, bir qədər əvvəl Moldova KİV-ləri bəyan etmişdilər ki, söhbət Rusiyanın Moldovadakı səfirliyindən gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT