kanal12.az

Müdafiə nazirinin müavini: Polşa hibrid müharibə vəziyyətindədir

27-08-2024, 08:51 1 dəfə baxılıb

Müdafiə nazirinin müavini: Polşa hibrid müharibə vəziyyətindədir

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik ölkənin hibrid müharibə vəziyyətində olduğunu bildirib.

Bu barədə Polşa xəbər agentliyi məlumat yayıb.

“Bu gün Polşada qarşılaşdığımız faktiki hibrid müharibədir. Biz birbaşa deyə bilərik ki, Polşa bu gün müharibə, lakin hibrid müharibə vəziyyətindədir”, - deyə nazir müavini bildirib.

O, bunun təsdiqi kimi Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya hava şarlarını göstərib.

“Əsasən bir neçə yüz dollarlıq şarlar çox sadə şəkildə bizim hamımıza təsir edə bilər. Onların işə salınması müzakirələrə və cəmiyyətdə parçalanmaya, vətəndaşların dövlətə inamsızlığına səbəb ola bilər”, - deyə S.Tomçik vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT