kanal12.az

Hacıqabulda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıblar

28-08-2024, 09:14 1 dəfə baxılıb

Hacıqabulda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıblar

Hacıqabul rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT