kanal12.az

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

7-09-2024, 10:11 0 dəfə baxılıb

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

İyunda kosmosa uçan “Boeing Starliner” gəmisi pilotsuz vəziyyətdə geri qayıdır.

ABŞ saatı ilə axşam saatlarında Beynəlxalq Kosmik Stansiyanı tərk edən gəminin bir neçə saat sonra Nyu-Meksiko ştatında yerə eniş etməsi gözlənilir. Ekipaj üzvləri Suni Uilyams və Batç Vilmor isə orbitdəki laboratoriyada daha 5-6 ay qalmalı olacaqlar.

NASA ilə kontrakt əsasında “Boeing” şirkəti tərəfindən yaradılmış “Starliner” NASA astronavtlarının iştirakı ilə ilk uçusunu iyunun 5-də reallaşdırıb. Sınaq missiyasının təxminən bir həftə çəkməsi gözlənilsə də, gəminin mühərrikindəki problemə və ardından helium sızmasına görə gəmi ekipajla birlikdə stansiyanı tərk edə bilməyib. Mütəxəssislər problemi aradan qaldıra bilmədiyi üçün gəminin Yerə ekipajsız qayıtmasına qərar verilib. Astronavtların fevrala kimi Beynəlxalq Kosmik Stansiyada qalması və “SpaceX”-ə məxsus “Crew Dragon” kosmik gəmisi ilə geri qayıtması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT