kanal12.az

Modinin müşaviri gələn həftə Moskvaya səfər edəcək

8-09-2024, 12:54 0 dəfə baxılıb

Modinin müşaviri gələn həftə Moskvaya səfər edəcək

Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Rusiyaya gələcək.

Bu barədə “İndia Tudey” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Acit Doval sentyabrın 10-dan 11-dək Moskvaya səfər edəcək. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukrayna münaqişəsinin həllinə yönəlmiş sülh səylərinin müzakirə olunacağı bildirilir.

Qeyd olunur ki, Doval BRICS ölkələrinin təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin görüşünə də qatılacaq, Rusiya və Çin rəsmiləri ilə danışıqlar aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT