Azərbaycanın cari əməliyyatlar balansında profisiti 2,6 milyard dollar təşkil edib
Bu ilin birinci yarısında cari əməliyyatlar balansında təxminən 2,6 milyard dollar profisit yaranıb.
Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, tədiyə balansının profisiti 648 milyon dollar olub.