kanal12.az

DİN: Ötən gün 1 avtomat silahı və 3 tüfəng təhvil götürülüb

25-09-2024, 10:37 0 dəfə baxılıb

DİN: Ötən gün 1 avtomat silahı və 3 tüfəng təhvil götürülüb

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT