kanal12.az

Mərakeşdə fransız dilinin mövqeyi zəifləyir

8-10-2024, 08:38 1 dəfə baxılıb

Mərakeşdə fransız dilinin mövqeyi zəifləyir

Mərakeşdə fransız dilinin mövqeyi gündən günə zəifləyir.

Ərəb və amaziq krallığın rəsmi dilləri olsa da, fransız dili inzibati işlərdə daha geniş istifadə edilir.

Beynəlxalq Frankofoniya Təşkilatının statistikasına görə, mərakeşlilərin 36 faizi fransızca danışır. Mərakeş rəsmiləri bu statistikanı şübhəli hesab edirlər. Lakin Molyerin dilinə marağın azaldığını heç kim danmır.

Artıq gənc nəslin fransız dilindən uzaqlaşdığını Fransanın aparıcı media qurumları da təsdiqləyir. Kasablanka, Rabat və Anjer kimi böyük şəhərlərdə gənclər daha çox ingiliscə danışırlar. Təxminən 10 il əvvəl ingilis dili bilənlərin sayı az idisə, hazırda gənclər sürətlə bu dilə yönəlirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT