kanal12.az

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

10-10-2024, 10:32 2 dəfə baxılıb

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

Cari ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 3538 torpaq sahəsi, 2901 fərdi yaşayış və bağ evi, 1254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi, 1 çoxmərtəbəli yaşayış binası olmaqla, ümumilikdə, 8169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənbildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 faiz artıb.

Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyyatların aparılmasına dair müraciətlərin sayı ötənilki göstəricidən 22,8, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5, qeyri-yaşayış sahələrinin sayı isə 32,2 faiz çox olub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 faiz artaraq 884,5 min manat, xidməthaqqı isə 32 faiz artaraq 1,7 milyon manat təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT