kanal12.az

Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək.

20-10-2024, 12:15 5 dəfə baxılıb

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət KuklaTeatrının yaradıcı kollektivi 21-25 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Almatı II Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.

Teatr festivala Rəsul Rzanın ‘Ana Qaz’ şeirinin motivləri əsasın da hazırlanmış eyniadlı tamaşa ilə qatılacaq.

Festivalda Azərbaycanı təmsil edən Gəncə Dövlət Kukla Teatrı ilə yanaşı Türkiyə, İtaliya, Çin, Rusiya, Bolqarıstan, Polşa, İran, Özbəkistan və Qazaxıstanın kukla teatrları qatılacaqlar.

Qeyd ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Gəncə Dövlət Kukla teatrının baş rejissoru,prezident mükafatçısı Şamil Məmmədli,xareoqrafı respublikanın əməkdar artisti, prezident mükafatçısı Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir.

Tamaşada əsas rolları.Zülfiyyə Əliyeva, Şamil Məmmədli, Nahidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və Məhəmməd Hacıyev ifa edirlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT