kanal12.az

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

21-10-2024, 10:09 1 dəfə baxılıb

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, yığma qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kiloqram çəkidə çıxış edən boksçu finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ondan öncə Tural Sarıyevlə (48 kiloqram) Nicat Hüseynov (51 kiloqram) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kiloqram) isə üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT