kanal12.az

Bakıda mikroavtobus qatarla toqquşub, xəsarət alan var

21-10-2024, 10:11 4 dəfə baxılıb

Bakıda mikroavtobus qatarla toqquşub, xəsarət alan var

“Bu gün saat 02:30-da ADY-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb”.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.

“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər təkcə 100 AZN məbləğində cərimələnmir, həm də özlərinin və sərnişinlərin həyatını riskə atırlar”, -deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT