kanal12.az

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün qrupda son oyununu keçirəcək

31-10-2023, 10:17 3 dəfə baxılıb

 

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxacaq.

Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT