kanal12.az

FHN-in Akademiyasında “Narkotik asılılıq və onun fəsadları” mövzusu ilə bağlı kursantlar maarifləndirilib

1-04-2024, 20:13 0 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Narkotik asılılıq və onun fəsadları” mövzusu ilə bağlı kursantlar maarifləndirilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Dövlət Komissiyasının İşçi Qrupunun və FHN-in Akademiyasının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun fəsadları” mövzusunda kursantlar ilə görüş keçirilib. Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. İştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT