kanal12.az

AzTU-nun kollektivi Aprel döyüşlərində şəhid olmuş məzunlarının xatirəsini qürurla anır

2-04-2024, 11:18 0 dəfə baxılıb

AzTU-nun kollektivi Aprel döyüşlərində şəhid olmuş məzunlarının xatirəsini qürurla anır

2016-cı ilin martından başlayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Bu təxribatlara cavab olaraq 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.

Aprel döyüşlərinin şəhidləri arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də var. AzTU şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarını qürurla anır, onların xatirəsini ehtiramla yad edir.

Qeyd edək ki, Aprel döyüşləri nəticəsində Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın edildi. Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməllərindən biri oldu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT