kanal12.az

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

25-04-2024, 10:22 2 dəfə baxılıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 2 patron darağı və 8 patron təhvil götürülüb.

Həmin gün Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat nəticəsində 5 müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT