kanal12.az

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

10-05-2024, 08:17 0 dəfə baxılıb

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaponiyaya səfər edəcək.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman mayın 20-dən 23-dək Yaponiyada dövlət səfərində olacaq. Səfər zamanı onu İmperator Naruhito qəbul edəcək, baş nazir Fumio Kişida da onunla görüşəcək. Ümid edirik ki, bu səfər ikitərəfli əlaqələri gücləndirəcək", - deyə Y.Hayaşi əlavə edib.

Yaponiya və Səudiyyə Ərəbistanı 2025-ci ildə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək. Vəliəhdin səfəri bu tarixə təsadüf edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT