kanal12.az

Monqolustanda 4 milyona yaxın mal-qara tələf olub

11-03-2024, 13:15 1 dəfə baxılıb

Monqolustanda 4 milyona yaxın mal-qara tələf olub

Monqolustanda bu qışın həddindən artıq şaxtalı və qarlı keçməsi nəticəsində tələf olan mal-qaranın sayı 3,9 milyona çatıb.

Monqolustan fövqəladə hallar komissiyasının məlumatına istinadla xəbər verir ki, Şərqi Suxbatar əyaləti “dzud” adlanan hava şəraitindən ən çox təsirlənən ərazidir. Belə ki, burada 1,1 milyondan çox mal-qara tələf olub. “Dzud” yerin donması və ya qarla örtülməsi səbəbindən mal-qaranın qida tapmayaraq aclıqdan öldüyü şiddətli və sərt qış anlamına gələn monqol terminidir.

Monqolustan hava monitorinqi agentliyinin məlumatına görə, bu qış əvvəlki illərdən daha çox qar yağıb və ölkə ərazisinin təxminən 80 faizi qarla örtülüb.

Qeyd edək ki, 2023-cü ilin sonunadək Monqolustanda mal-qaranın ümumi sayı 9,1 faiz azalaraq 64,7 milyon baş təşkil edib. Ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan heyvandarlıq köçəri əhalinin təxminən 40 faizinin gəlir mənbəyidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT