kanal12.az

IEA: Gələn il qlobal neft tələbatının azalacağı proqnozlaşdırılır

14-11-2023, 14:52 13 dəfə baxılıb

IEA: Gələn il qlobal neft tələbatının azalacağı proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının oktyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 320 min barel artaraq 102 milyon 30 min barelə çatdığını bildirib.

Anadolu agentliyinə istinadən xəbər verir ki, IEA-nın oktyabr ayı üzrə hesabatına əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı oktyabr ayında dəyişməyərək 28 milyon 210 min barel olub.

Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 580 min barel olaraq qeyd edilib. Belə ki, OPEC-in ümumi neft hasilatı ötən ay təqribən gündəlik 33 milyon 790 min barel olub.

OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 320 min barel artaraq təxminən 68 milyon 230 min barelə çatıb.

Buna görə qlobal neft hasilatı oktyabr ayında gündəlik 320 min barel artaraq 102 milyon 30 min barel olub..

Bu artıma Kanada və ABŞ-da hasilatın artması da təsir göstərib. Oktyabr ayında gündəlik hasilat əvvəlki ayla müqayisədə Kanadada 180 min barel, ABŞ-da isə 100 min barel artıb.

Hesabatda İsrail-Fələstin münaqişəsinin qlobal neft tədarükünə təsir etmədiyi bildirilib.

IEA-nın məlumatına görə, bu il qlobal neft tələbatı ötən illə müqayisədə gündəlik təxminən 2 milyon 400 min barel artaraq 101 milyon 960 min barelə çatacaq.

Gələn il qlobal neft tələbindəki artımın yavaşlayacağı proqnozlaşdırılır. 2024-cü ildə tələbatın bu illə müqayisədə gündəlik təxminən 930 min barel artaraq 102 milyon 890 min barelə çatacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT