kanal12.az

İngiltərədə kommunal xərclər bu gündən etibarən artırılır

1-04-2024, 20:15 0 dəfə baxılıb

İngiltərədə kommunal xərclər bu gündən etibarən artırılır

Bu gündən etibarən İngiltərədə TV və internet xərcləri, ev və maşın vergisi, su və kanalizasiya pulu, qatar gediş haqları daxil olmaqla, yeddi adda kommunal xərclər artırılır.

Yeni qiymətlərə əsasən orta illik ev vergisi 106 funt-sterlinq artacaq. İngiltərə və Uelsdə orta ev təsərrüfatlarının su və kanalizasiya haqqı 6 faiz artaraq 473 funt-sterlinqə çatacaq. Telefon və internetdən istifadə edən müştərilər öz xərclərində 8,8 faizə qədər hesab artımı ilə üzləşəcəklər.

TV lisenziyası və yol vergisinin qiymətlərində isə təxminən illik 10 funt-sterlinqlik artım olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT