Gürcüstanın Baş naziri Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyulun 18-də Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək.
Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub.
Gürcüstanın Baş nazirini bu səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcəklər.