kanal12.az

Bayden Misir və Qətər liderləri ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqları müzakirə edib

24-08-2024, 08:09 1 dəfə baxılıb

Bayden Misir və Qətər liderləri ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqları müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden cümə günü misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər.

Liderlər Qahirədə qarşıdan gələn danışıqları və razılaşma yolunda qalan bütün maneələri aradan qaldırmaq səyləri barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında razılaşmanın “təcili bağlanmasının zəruriliyini” qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT