kanal12.az

Minaların işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin gedişatına yaratdığı maneələr müzakirə olunub

14-11-2023, 14:43 7 dəfə baxılıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Bəhruz Məmmədov agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də bu təhdid və maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib.

Ölkəmizdə humanitar minatəmizləmə sahəsində həyata keçirilən işlərlə ətraflı maraqlanan və bu fəaliyyətin xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran Pia Kauman suallarının cavablandırılmasına, habelə aşkarlanan hər bir mina və xilas edilən hər bir insan həyatına görə təşəkkürünü ifadə edib və agentliyə fəaliyyətində uğurlar arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT