kanal12.az

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

14-09-2024, 15:14 3 dəfə baxılıb

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

"Çox maraqlı yarış izləyirik".

Bu sözləri açıqlamasında "Reuters"in türkiyəli jurnalisti Tuvan Gümrükçü Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.

O, yarışla bağlı proqnoz verməyin çətin olduğunu bildirib: "Bu gün yağışın yağması pilotlara çətinlik yaratdı. Belə anlarda özünəinam güclü olmalıdır. Fikrimcə, əsas mübarizə "Mercedes", "Red Bull" və "Ferrari" komandaları arasında olacaq”.

T.Gümrükçü Bakıda ilk dəfə olduğunu söyləyib: "Şəhərin tarixi yerləri əladır. İşimlə bağlı gəzmək fürsətim çox olmasa da, yarış bitdikdən sonra paytaxtınızı kəşf etməyə çalışacağam".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT