kanal12.az

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

12-01-2024, 21:43 11 dəfə baxılıb

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

Ötən il həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.

Daha sonra qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT