kanal12.az

Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq

3-06-2024, 08:57 4 dəfə baxılıb

Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə 1/4 final, yarımfinal və final görüşləri keçiriləcək.

1/4 finalda Azərbaycan millisi A qrupunda İspaniyanın "Barselona Panters" klubu ilə üz-üzə gələcək. Bu raundun digər qarşılaşmasında Polşanın "Varşava Lotto" kollektivi İtaliya seçməsini sınağa çəkəcək.

Bu cütlərin qalibləri yarımfinalda müvafiq olaraq, Portuqaliya və Polşa yığmalarına rəqib olacaqlar.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Fleyms" qrupda keçiridiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT