kanal12.az

Federasiya prezidenti üzgüçülük yarışına qatılan iştirakçıların sayını açıqlayıb

23-12-2023, 18:54 5 dəfə baxılıb

Federasiya prezidenti üzgüçülük yarışına qatılan iştirakçıların sayını açıqlayıb

"İdman insan həyatı üçün vacib olan sahədir"

Bu sözləri Azərbaycan Üzgüçülük Federasiyanın prezidenti Xanlar Fətiyev bu gün Bakı Su İdman Sarayında start götürən "Birlikdə üzək" adlı yarışın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri yarışa marağın böyük olduğunu bildirib: "Əvvəlcə turniri işıqlandıran media nümayəndələrinə təşəkkür edirəm. Sizin sayənizdə digər ölkələr də Azərbaycanda bu cür yarışın keçirildiyi barədə məlumat alırlar. Artıq ənənə halını alan yarış növbəti illərdə də təşkil olunacaq. Ötən il 700 idmançı öz qüvvəsini sınayırdısa, bu il 1200-dən çox iştirakçını burada görürük".

X. Fətiyevin sözlərinə görə, yarışın təşkilində əsas məqsəd gənclərin üzgüçülük idman növünə marağının artırılmasıdır: “Özünüz də şahid olursunuz ki, Azərbaycandakı idman hovuzlarının hər biri yüksək səviyyədə fəaliyyət göstərir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT