kanal12.az

Qalxanabənzər vəzi üçün təhlükəli hallar açıqlanıb

30-10-2023, 10:29 1 dəfə baxılıb

 

“Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

Onun sözlərinə görə, müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir: “Güclü şüalanma, və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT