kanal12.az

ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib

31-10-2023, 10:33 0 dəfə baxılıb

 

“Növbəti pandemiya hər an başlaya bilər”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər: “2019-cu ildə də belə olmuşdu”.

Baş katibin sözlərinə görə, qlobal sağlamlıq naminə təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ideal vaxtdır: “Bu, bizə mövcud çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İndi vaxt itirmək olmaz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT