kanal12.az

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri xaricdə təhsil üzrə ilk beşliyə daxil olan ölkələrin adlarını açıqlayıb

2-04-2024, 11:28 0 dəfə baxılıb

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri xaricdə təhsil üzrə ilk beşliyə daxil olan ölkələrin adlarını açıqlayıb

Hazırda xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 138, magistratura səviyyəsi üzrə 379 nəfər təhsil alır.

Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində söyləyib.

Turan Topalova bildirib ki, həmin tələbələr 21 ölkədə 17 ixtisas istiqaməti üzrə 121 universitetdə təhsil alırlar. Dövlət Proqramı tələbələrinin təhsil aldığı TOP 5 ölkə arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, İtaliya Respublikası yer alır. Tələbələrin ən çox üz tutduğu TOP ixtisas informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat və təhsil sahələridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT