kanal12.az

FIFA-nın rəsmi saytı Bakıda təşkil olunan beynəlxalq turnirdən yazıb

27-03-2024, 12:28 0 dəfə baxılıb

FIFA-nın rəsmi saytı Bakıda təşkil olunan beynəlxalq turnirdən yazıb

FIFA-nın rəsmi saytı ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” beynəlxalq turnirindən yazıb.

Məqalədə Azərbaycanın da ev sahibliyi etdiyi turnirdə keçirilən oyunlara yer verilib, milli komandamızın çıxışına toxunulub.

Arif Əsədovun rəhbərlik etdiyi kollektivin Monqolustana 1:0 hesabı ilə qalib gəlməsi, eləcə də Bolqarıstan seçməsi ilə qollu heç-heçə etməsindən bəhs olunub.

Bildirilib ki, FIFA-nın təşkil etdiyi yarışın əsas məqsədi bir-biri ilə oynamaq imkanı olmayan müxtəlif ölkələrin yoldaşlıq görüşlərində üz-üzə gəlməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, turnirə Azərbaycanla yanaşı, Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı və Şri-Lanka da ev sahibliyi edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT