kanal12.az

KOBİA sədri: Qadınlar özünüməşğulluğa daha çox maraq göstərirlər

6-03-2024, 13:54 0 dəfə baxılıb

KOBİA sədri: Qadınlar özünüməşğulluğa daha çox maraq göstərirlər

Qadınlar kiçik biznesə, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə deyib.

O bildirib ki, hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər qadınlar təmsil olunurlar.

“İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Müxtəlif dövlət proqramlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla KOBİA tərəfindən qadın sahibkarlığın inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir”, - deyə O.Məmmədov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT